Vostok Protection Gyanjlik Dükanı: XÜSUSİ GEYİM, AYAQQABI, FƏRDİ QORUNMA VASİTƏLƏRİ, Dəri və əllərin qorunması
Ünvan - Gyanjlik Dükanı: 42D, Fataly Khan Khoyskiy av. AZ1072 Baku, Azerbaijan, Tel:+994125643353, Faks:+994125640353, E-mail: shopxoyski(at)vostok.az
, 2017
S M T W T F S
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28

MƏŞHUR BREND “DUPONT” AZƏRBAYCANDA İKİNCİ TƏRƏFDAŞINI SEÇDİ

2016-cı ildə “DuPont” şirkəti Azərbaycanda brendini təmsil etmək məqsədilə “Vostok Protection” MMC ilə müqavilə imzaladı. Beləliklə, “Vostok Protection” MMC məşhur ABŞ brendi olan “DuPont”-un Azərbaycanda ikinci rəsmi distribyutoru oldu.

“DuPont” onu təmsil edən tərəfdaşlarına yüksək tələblər irəli sürür. “Vostok Protection” MMC üçün “DuPont” tərəfdaşı olmaq, həm yüksək menecment standartlarının təsdiqi, həm də bazarda göstərdiyi xidmət səviyyəsinin artması və inkişafı deməkdir.

Bazaryönümlü innovasiya və elmi tədqiqatlar üzrə “DuPont” dünya lideridir. İki yüz illik və dünyanın 90 (doxsandan) artıq ölkəsində müxtəlif sahələrdə iş təcrübəsinə malik olan “DuPont”, ən çətin məsələləri unikal yolla həll etmək bacarığına malikdir.

İki yüz ildən artıqdır ki, “DuPont” elmi və texniki tədqiqatlar apararaq, dünya bazarına innovativ məhsullar və xidmətlər nəql edir. Məhz “DuPont”-un innovasiyaları əsasında, hər il bazara müxtəlif sahələr üzrə minlərlə yeni məhsul və patent təqdim olunur: kənd təsərrüfatı, ərzaq məhsulları, elektron sənayesi və rabitə xidməti,  fərdi qorunma vasitələrinin istehsalı, yaşayış və kommersiya tikinti təhlükəsizlik sahəsi, nəqliyyat sənayesi və geyim.

Artıq “DuPont” üçün üçüncü innovasiya və elmi tədqiqatlar əsri başlayıb, “VostokProtecton” MMC bu tərəfdaşlığın bir parçası olmaqdan qürur hissi duyur.