Vostok Protection Gyanjlik Dükanı: XÜSUSİ GEYİM, AYAQQABI, FƏRDİ QORUNMA VASİTƏLƏRİ, Dəri və əllərin qorunması
Ünvan - Gyanjlik Dükanı: 42D, Fataly Khan Khoyskiy av. AZ1072 Baku, Azerbaijan, Tel:+994125643353, Faks:+994125640353, E-mail: shopxoyski(at)vostok.az
, 2017
S M T W T F S
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28

KƏSİKLƏRƏ QARŞI ƏLCƏKLƏR.

Kəsiklərdən qorunma və unikal liflərdən hazırlanmış məhsullar mövzusuna tam aydınlıq gətirmək üçün bir neçə onillik əvvələ baxmağımız kifayətdir.

Birinci para-aramid sintetik liflərindən olan Kevlar® 1965-ci ildə Amerikanın DuPont şirkəti tərəfindən istehsal olunmuşdur. Bu lifin kommersiya istehsalatı və istifadəsi ötən əsrin 70-ci illərinin əvvəllərinə təsadüf edir. İlk öncə adı çəkilən lif avtomobil şinlərindəki polad armaturları daha möhkəm və yüngül birisi ilə əvəz etmək məqsədilə nəzərdə tutulmuşdur. Lakin 70-ci illərin ikinci yarısında aparılan tədqiqatlar bu materialın (mexaniki xüsusiyyətlərinə görə) gülləyə qarşı jiletlərdə istifadə edilməsini mümkün etmişdir. Ona görə də, Kevlar® dünyada öz əhəmiyyətli yerini tutur. 

 

 

Bugün Kevlar® lifi ilə istehsal olunan məhsulların siyahısı çox geniş çeşidə malikdir - o qarışıq parçalarda abraziv və kəsik təsirlərə qarşı davamlılıq xüsusiyyəti verən armir komponent kimi istifadə edilir.

 

Kəsiklərə və yüksək temperatura qarşı digər effektiv material isə TAEKI5® -dir. 

 

 

Əlcəklər yüksək polimerləşdilmiş liflərdən istehsal olunur. Almaniyada istehsal olunan bu lif yüksək mexaniki dözümlülüyü və istiyədavamlılığına görə fərqlənirlər. Bu xüsusiyyətlərinə görə liflər avtomobil və təyyarəqayırma sənayesi və digər istehsal sahələrində istifadə edilir. 

TAEKİ5® liflərdən olan əlcəklər rütubətli, tozlu və yağlı iş şəraitlərində kəsiklərdən qorunma, uzunmüddətli istifadəyə malikdirlər. Material 100°С-dən  250°C-dək temperatur şəraitində təhlükəsizliyə təminat verir. 

 

Əllərinizi qoruyun


TAEKİ5® liflərindən hazırlanmış ən önəmli elmi yeniliklərdən biri əllərin peşəkar fərdi qorunma vasitələridir. TAEKİ5® liflərdən olan əlcəklərin unikal xüsusiyyətlərindən biri də sürüşkən kəsiklər və yüksək temperatur şəraitində əllərin təhlükəsizliyini təmin etməkdir.

 

Əgər istehsal  qaynar əşyalarla, iti və yaxud dişli alətlərlə görülərsə, bu halda TAEKİ5®  liflərindən hazırlanmış əlcəklər ideal seçimdir. 

 

TAEKİ5® liflərinin üstünlükləri digər materiallara nisbətən cırılma və kəsilməyə qarşı yüksək müqaviməti ilə fərqlənir. 

İstismar zamanı bu lifin molekulyar strukturunun dağılması mümkün deyil. Beləki, TAEKİ5® həm aşağı temperatur şəraitində möhkəmlilik,elastiklik xüsusiyyətlərini (təxminən, -190°C-dək) saxlayır, həm də yüksək temperatur (250°C-dək) və alışma şəraitində ərimir.


Bir müddət Azərbaycan istehsalat bazarında əllərin kəsiklərdən qoruyan fərdi qorunma vasitələrində defisit mövcud idi.

 

Hal-hazırda Azərbaycanın FQV bazarında əllərin qorunma vasitələri bütün dünya istehsalatçılarının geniş çeşidləri ilə təmsil olunurlar.Əsasən bu örtüklü və yaxud örtüksüz TAEKİ5® liflərdən toxunmuş əlcəklərdən ibarətdir

 

Örtüksüz TAEKİ5® əlcəkləri 


Kəsiklərdən qorunmaq üçün

 

 

TAEKİ5® əlcəklər PU örtüklə

 

 

 

TAEKİ5® əlcəklər PVC örtüklə 

Nöqtəli PVC örtüklə sürüşməyə qarşı və aşınmaya davamlı TAEKİ5® əlcəkləri

 

 

Nitril örtüklü TAEKİ5® əlcəkləri

Nitril və yaxud lateks örtüklü əlcəklər rütubətli və yağlı iş, həmçinin yüksək temperatur şəraitlərdə işlərin aparılması üçün nəzərdə tutulub.

 

 

TAEKİ5® qolçaqları 

Əhatə etdiyi qol boyunca və dərinin qığılcım, ərinmiş metal sıçrayışlarından qoruması üçün xüsusi qolçaqlar istehsal olunub. 

 

 

İnsan əməyinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə “Vostok Protection” MMC innovativ yanaşma tətbiq edərək optimal qiymətə yüksək keyfiyyətli məhsul təklif edir, həmçinin əllərin qorunma vasitələrinin seçimində və istifadəsində peşəkar köməyini əsirgəmir .