Vostok Protection Gyanjlik Dükanı: XÜSUSİ GEYİM, AYAQQABI, FƏRDİ QORUNMA VASİTƏLƏRİ, Dəri və əllərin qorunması
Ünvan - Gyanjlik Dükanı: 42D, Fataly Khan Khoyskiy av. AZ1072 Baku, Azerbaijan, Tel:+994125643353, Faks:+994125640353, E-mail: shopxoyski(at)vostok.az
, 2017
S M T W T F S
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28

GÖZƏ GÖRSƏNMƏYƏN AXINLAR

Bu təqdimatla sizin diqqətinizə bir neçə parlaq, qeydi adi yeniliklər təqdim etmək istəyirik.

Hər şey əvvəlki kimidir. Yəqin "eyni modeli artıq çoxdandır ki, satırıq!” - cümləsini bir neçə dəfə eşitmisiniz. FQV sənayesində tez-tez deyişiklər baş vermir. Bizə bəlli bütün materiallar və konstruksiyalar çoxdan tanınmaqdadır. Çözüm və texnologiyalar elə də çox deyil.

Doğrudanmı bu belədir? Araşdırma aparsaq "bizim" məhsulların arasından ən yaxşı seçim aparmağın nə qədər çətin olduğunu görə bilərsiniz.

Barmaqlar və biləkdə xüsusi qofrası olan RING Gloves Əlcəkləri:

 

 

Yeni dizayn, yaxşı oturuş və ələ gözəl geyilməsi. Əlcəyin özəlliklərindən biri kimi sürüşməyə davamlılığını göstərmək olar.

İnteqrasiya olunmuş fənər və zərbələrə qarşı yüksək qoruma mexanizminə malik – Mechanix Wear Əlcəkləri.

 

 

 

Üstünlükləri: əməliyyatların tez və səhvsiz yerinə yetirilməsi, əllərin zədələnmə risklərinin minimuma endirilməsi. 
FQV bazarında yeni trendlər az deyil, bununla belə, əməyin mühafizəsində onların istifadəsinə heç bir maneə yaradılmır.
Məsələn, ətrafı işıqlandırma sistemi ilə təhciz olunmuş velosiped dəbilqəsi.

 

   

 

Bu sistemi asanlıqla qaranlıq və alatoranlıqda istifadə olunan yüngül tikinti dəbilqəsi üzərində də təsəvvür etmək olar.
Hal-hazırda insanların bunu yalnız bir sınaq məhsulu kimi istifadə etmələrinə baxmayaraq, irəliləyişlər göz önündədir.

 

 

İşıq ilə yeniliklər daha qeyri adi kombinasiyalarda da rast gəlinir. Fənər ilə respiratorlar - qəribədir, deyilmi? - hələ üstəlik qaz analizatorları ilə birgə, - təhlükəli ətraf mühit detektoru və danışıq membran ilə. Üstünlüyü göz önündədir. Həm görünürsən, həm də ətrafı görə bilirsən.
FQV-yə inteqrasiya edilmiş qaz analizatoru özəlliyi ilə seçilir. Üzərində cərəyan mənbəyi olan respirator dəbilqəyə quraşdırılır.

 

   

 

Maskanın dəbilqə korpusuna taxılması da mümkündür. Bu nümunələr artıq tətbiq edilməkdədirlər, istehsalçılar isə bazarın tələbatını öyrənməyə çalışırlar.

 

 

Şəffaf dəbilqələr

Bizim bazarda nadir hallarda rast gəlinən günlüyü olan şəffaf dəbilqələr Asiya ölkələrində daha da populyardır. 

 

PORTWEST Rusiya bazarına çıxmış bir şirkət olaraq, öz müştərilərinə daha bir yenilik – şəffaf dəbilqələr təklif edir.

 

Bu yeniliklər istehsalata çətinliklər yaratmır, əksinə dəbilqələrə yeni pozitiv görünüş verir.

 

Bu dəbilqə işçi kostyumunu gözəl tamamlayır və rahat taxılır. Həmçinin müəyyən işçi qruplarının (VİP, müştəri və rəhbərlik) identifikasiyasına kömək edir.
Polimer və plastikdən olan ayaqqabılar
Artıq bir çox çözümlərin həlli yetişib. Yer kürəsinin əhalisi dayanmadan artır, heyvandarlığın (mal-qara) sayı isə azalır. Bununla bağlı olaraq dəri materiallar ildən-ilə bahalaşır,hətta bəzən çatışmazlıq belə yaranır. Bunun sadə həlli – dərini polimer və ya plastik ilə əvəz etməkdir – bu isə həmişə istehlakçılar və sertifikat tələbləri ilə üst-üstə düşmür.
Lakin dəri yox, sırf polimerdən hazırlanan dözümlü və etibarlı ayaqqabı nümunələri də az deyildir. Çox şübhəsiz ki, bu hal özünü tezliklə əmək təhlükəsizliyi bazarı və istehsalatda sağlamlığın qorunmasında bir üzə verəcəkdir.

 

   

 

              

 

              

 

Ekzoskelet
Bu mövzu oxuyucular üçün həddindən artıq futuristik, qeyri adidir. Ekzoskelet! Qabaqcadan proqnozlaşdırılmış real sahələrdə artıq istifadə edilir. 

Məsələn, Yaponiya (KAWASAKI) və Cənubi Koreyada ekzoskelet işçilərin əsas hərəkətlərini asandlaşdırır

 

 

Gələcək qoruyucu kostyumun xarici ekzoskelet ilə avanproektləri artıq mövcuddur.
Hündürlük işlərində təklükəsiz yastığı
Xarici görünüşü ilə təhlükəsizlik yastığından fəqlənməyən, lakin təyinatı hündürlük ləvazimatı kimi olan qoruyucu vasitə.

 

 

Bu hələ məntiqi ağlabatan ideya kimi proekt olaraq qalır.

 

 

Hündürlükdən yıxılma zamanı mövcud klapan kompakt qaz ballonunu işə salır və yastıq açılır – kostyum tez və rahat doldurulur. Doldurulmuş kostyum yıxılmanı yüngülləşdirir.
İdeya belədir. Və onun realizəsinə ancaq məqsədli şəkildə çatmaq olar.

Geyim sensorları
Dünyanın günü-gündən elektronlaşması, ətrafımızda yeni faydalı və faydasız qadcetlərin (elektron avadanlıqların) sayını çoxaldır. İndi nəyi gözləyirik?
Bazarda artıq tələblər formalaşıb, idareedici pult ilə təhciz olunmuş yeni geyimlər istehsal edilir – "idarəetmə sahəsinə" sensorlar əlavə olunur.

 

 

Gələcəkdə isə bu cür interfeyslər ətrafında əlavə köməkçi sistemlər tətbiq ediləcəklər. Məsələn, geyim üstündə elektron mətn, şəkil, xəbərdarlıq nişanlarının göstərilməsi mümkün olacaqdır.

 

 

Beləliklə, dəyişiklər möcuddur, yetər ki bu barədə söhbətə başlayaq. Dəyişiklər - insanın keçmiş təcrübəsi ilə bağlı olan narazıçılıqlarından irəli gəlir. Hər kəs özünə lazım olanı axtarır. Bəs sizin nəyə ehtiyacınız var?