Vostok Protection Gyanjlik Dükanı: XÜSUSİ GEYİM, AYAQQABI, FƏRDİ QORUNMA VASİTƏLƏRİ, Dəri və əllərin qorunması
Ünvan - Gyanjlik Dükanı: 42D, Fataly Khan Khoyskiy av. AZ1072 Baku, Azerbaijan, Tel:+994125643353, Faks:+994125640353, E-mail: shopxoyski(at)vostok.az
, 2017
S M T W T F S
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28

“INUTEQ”-DƏN SƏRİNLİK

Uzun müddət gün altında işləyən işçilər üçün əla seçimdir. Hollandiyanın “INUTEQ” şirkəti yüksək temperaturlu hava şəraitlərində istifadə oluna biləcək bədəni sərin saxlayan “INUTEQ DRY®” jilet və aksesuarlar kolleksiyasını təqdim etdi. Bu məhsulun əsas sərinləşdirici xüsusiyyəti yalnız su ilə işləməsindədir.

Təssəvvür edin ki, iki gün sərinliyi təmin etmək üçün cəmi 0.5 litr su bəs edir. Elektrik cərəyanına, təzyiqli havaya və digər avadanlıqlara ehtiyac duyulmur. Buxarlanma nəticəsində membran parça daim jilet, papaq və s. daxili səthlərini sərin saxlayaraq, bədəni əlverişli temperaturla təmin edir.Əsasxüsusiyyəti digər paltarların üstündən geyinilməsidir. Rütubət isə açıq hava şəraitində buxarlanmalıdır.

 

 

Lakin bu son deyil! Demək olar ki, “INUTEQ”  bütün mümkün olan sərinlik geyim çeşidlərini bazara çıxartmışdır. Həmçinin, əvvəlcədən suya salınma yolu parçanın səthindən rütubətin buxarlanmasını təmin edən “INUTEQ H2O®” jilet və aksesuar kolleksiyası da bu qəbildəndir. İstifadədən əvvəl jilet suya salınır, sıxılır – bu jiletin 2-8 saat ərzində bədən temperaturunun (havanın nisbi rütubətindən asılı olaraq) 15°С-də saxlanmasını təmin edir. Bu geyimdə maksimum 55°C-dək işləmək mümkündür! 

 

 

Həmçinin, məhsul kolleksiyasında daha ənənəvi sərinləndirici xüsusiyyətə malik jiletlər təqdim olunmuşdur: əvvəlcədən dondurulmuş paketlər jilətə taxılır və artıq istiliyi özünə çəkir. Məsələn, metallurgiya-poladəritmə zavodlarında, koks-kimya istehsalatında, dağ-mədən, bu və ya digər sənaye sahələrində adıçəkilən jiletlər xüsusi qorunma geyimlərinin altından geyinilməlidir. Paketlərin sərinləşdiricilik müddəti 2 saatdır. Habelə, çeşidlər arasında müxtəlif temperaturlara (19°С-dən 23°С-dək) uyğun, fərqli rənglərdə olan sərinləndirici paketlər də mövcuddur.