Vostok Protection Gyanjlik Dükanı: XÜSUSİ GEYİM, AYAQQABI, FƏRDİ QORUNMA VASİTƏLƏRİ, Dəri və əllərin qorunması
Ünvan - Gyanjlik Dükanı: 42D, Fataly Khan Khoyskiy av. AZ1072 Baku, Azerbaijan, Tel:+994125643353, Faks:+994125640353, E-mail: shopxoyski(at)vostok.az
, 2017
S M T W T F S
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28

“ESPIRE” ÜZ MASKASININ KONSEPTİ

Zərərli qaz və buxarlardan qoruyucu üz maskaların konstruksiyasında inqilab dövrü artıq başlayıb. Nəhayət ki, əsaslı dəyişikliklərin çözümləri tapıldı!

İllərlə forması təhrif olunmayan, dəyişdirilən ağır “boçka” filtr və “şlanq” borular  ilə təhciz edilmiş əlehqazlar gələcək təkamül nəticəsində komfort, gözəl və erqonomik maskalar ilə əvəz edilə bilərlər.

Bu çözümün müəllifi Dizayner Karlos Şraybdır (Carlos Schreib):

- Qaz əlehinə maskalar dedikdə, biz dərhal üzün ağızdan yuxarı olan hissəsinin qorunma vasitəsini təsəvvür edirik. Ona görə ki, bu irihəcmli diyazn uzun illər boyu dəyişilməyib və bu günün tələblərinə də heç düzgün cavab vermir. 

Yeni Espire maskası müassir material və texnologiyaların istifadəsi ilə hazırlanmışdır, buna görə çəkisi yüngül, forması nazık, səthi hamardır.Bəs buna mütəxəsislər necə nail ola biliblər?

 

- Əlbəttə ki, geridə qalmış maska formasını inqilabi çevriliş nəticəsində dəyişmək yolu ilə.

İxtiracı alimlər bu dəyişikliyin istifadəçilərin rahatlığının daha da artıracağına zəmanət verirlər.
Havaalma filtri maskanın üst hissəsində yerləşdiyinə görə, indi ağız nahiyyəsi qarşısındaki zona boş olaraq qalır. Artıq bu hissə azad və şəffafdır.

 

 

Müsbət bir hal kimi maneəsiz danışa və dodaq artikulyasiyasını oxuya bilərsiniz.

 

 

Hava axını maskanın yuxarı hissəsindən sipərə doğru istiqamətlənir, bu isə tərləmənin qarşısını alır. Sonra ağız boşluğundan xaric olunan hava axını çənəaltı nəfəs vermə klapanına ötürülür.
Beləliklə, yeni dizaynın əsas üstünlüklərindən biri – buraxılan hava axınının heç vaxt maskanın göz nahiyyəsinə keçid almamasıdır.

 

 

İstehsalçıların fikrinə görə, bu cür "təmiz” görmə qabiliyyətinə malik olan maska – xırda detallar ilə çalışan, rəssam, rəngsaz və ya malaçılar, habelə rəng və boya ilə işləyən digər peşə sahibləri üçün nəzərdə tutulmuşdur. 
Lakin, maskada tənəffüs sistemin effektivliyini, klapanının keyfiyyətini, maska altında olan oksigen və rütubət həcmini laboratoriya şəraitində yoxlamaq mümkündür. Hal-hazırda maskanın kəmiyyət göstəriciləri barədə məlumat verilmir.

 Bu konsept qonşu Rusiya FQV istehsalçılarının da böyük marağına səbəb olmuşdur:
Boris Dubovik, "SpetZaşita" korporasiyasının baş direktoru:

Ümuniyyətlə - gözəl maskadır. Əminəm ki, bu maska istifadəçilər üçün komfortlu olacaqdır. Lakin maskanın tərləməyə qarşı xüsusiyyəti yoxlanılsa idi, bu daha yaxşı olardı, - inanmıram ki, şəkildə göstərildiyi kimi hava axınları tərləmənin qarşısını ala bilsinlər.

Qoruyucu xüsusiyyətlərə qaldıqda isə,polipropilen materialdan olan filtr yalnız toz, aerozol və minimal konsentrasiyalı olan qazlardan qoruya bilər.Başqa sözlə desək, bu maska - tozlara qarşı/qaz əlehinə olan respiratorların bahalı, lakin gözləri qoruya bilən analoqu ola bilər.
Biz istehsalçılar daim bu kimi tendensiyalara fikir veririk.

Digər tərəfdən,təqdirə layiq bir hal kimi, maskada ağız nahiyyəsinin belə şəffaf dizaynda olması aktiv kommunikasiyanı təmin edir.