Vostok Protection Gyanjlik Dükanı: XÜSUSİ GEYİM, AYAQQABI, FƏRDİ QORUNMA VASİTƏLƏRİ, Dəri və əllərin qorunması
Ünvan - Gyanjlik Dükanı: 42D, Fataly Khan Khoyskiy av. AZ1072 Baku, Azerbaijan, Tel:+994125643353, Faks:+994125640353, E-mail: shopxoyski(at)vostok.az
, 2017
S M T W T F S
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28

5 ƏSAS SƏBƏB: NİYƏ İŞÇİLƏR FQV-DƏN İSTİFADƏ ETMİRLƏR

İşçiləri iş zamanı FQV-i istifadə etməsi üçün necə mecbur etmək olar?

Amerikanın “Catalyst Media Network” mütəxəsisləri, mühəndis və işçi heyətindən ibarət 290 nəfər arasında keçirdiyi sorğu nəticəsində, FQV-nin istifadə edilməməsi səbəblərini araşdırmış və nəticələrə gəlmişlər: 

RAHAT DEYİL!

 

Statistikaya əsasən 30% işçilər səbəbi belə izah etmişlər: “Yaraşmır! Uyğun deyil! Rahat deyil!“

 

Həll yolları:

-       işçilərin FQV-in düzgün seçilməsində iştirakını təmin etmək

-       onların rahatlığını nəzərə almaq

-       FQV sifarişləri ilə bağlı bir neçə təcrübəli işçilərin rəyini öyrənmək

 

Bundan sonra həmin işçilər sifariş olunmuş nümunələri sınaqdan keçirtməlidirlər. Vahid məhsul seçimində razilaşma olmadığı halda, bir neçə işçiyə müxtəlif FQV seçimində sərbəstlik verilməlidir.

 

 

XƏBƏRİM YOX İDİ

 
Bir qayda olaraq, işçilərin bəziləri FQV olmadığı halda gühanı digərlərində və ya çox vaxtı rəhbərlikdə görürlər.

 

Sorğu iştirakçılarının 10%-i əsas səbəb kimi:  “Bilmirdim ki, mənə qorunma avadanlığı lazımdır!

 

Həll yolları:

-       FQV-dən istifadə qaydaları təlimatına işçiləri imza atmasını sövq etmək

-       istifadə etmədikləri tədqirdə intizam məsuliyyətinə cəlb etmək.

 

 

ÇATDIRMADIM

 

 

Statistikaya əsasən 18% işçilər səbəbi belə izah etmişlər: “vaxtım olmayıb” və yaxud “çox vaxt aparır”. 

Həll yolları:

       - işçilərdən bunun səbəbini öyrənmək və onların cavablarını diqqətlə dinləmək. Bu zaman çox güman ki, istehsalat işçilərinin əmək mühafizəsindən narazılığını görmək mümkündür.

         - belə hallar aşkarlandıqda istehsalat rəhbərliyindən həmin işçilərin fəaliyyətinə qadağa qoyulmasını tələb etmək.

Ola bilsin ki, işçilər FQV-dən düzgün istifadə etmə qaydalarını bilmirlər, digər ehtimal isə, işçilər öz iş yerlərinə tələsdiyindən buna vaxt sərf etmirlər. Bele işçilərə qarşı intizam tədbirləri görmək lazımdır.

 

 

MƏSULİYYƏTSİZLİK

 

Statistikaya əsasən 8% işçilər səbəbi belə izah etmişlər: “Mənə heçnə ola bilməz!”

Qəribə olan odur ki, bu kimi “özünə güvənmə” iki müxtəlif insan qrupu tərəfindən göstərilmişdir.

 

Cavan işçilər əmindirlər ki, onlara heç nə ola bilməz. Onlar elə fikirləşirlər ki, əgər indiyədək ciddi qəzaya tuş gəlməyiblərsə,deməli, bu vəziyyətə başqaları düşə bilərlər. Lakin, daha təcrübəli işçilər, öz pəşə təcrübələrinə görə iş prosesində ciddi zədələrlə qarşılaşmadıqlarını əsas gətirərək səbəbi bu cür izah edirlər: “həmişə belə etmişik və bizə heç nə olmayıb”.  

 

Həll yolları:

-       bu halın baş vermə ehtimalını onlara əyani olaraq göstərmək

-       istehsalatda ciddi zədə alan işçini onlara təqdim etmək, həmin şəxsin zədə aldığı müddətdən həyatına göstərdiyi mənfi təsirindən işçilərə bəhs etməsini ondan xahiş etmək

-       digər bir üsulla isə işçilərin əllərini arxaya qoymalarını və bu cür şəraitdə onlardan ayaqqabılarının qaytanlarının bağlamasını xahiş etmək.

 

 

YADDAŞ ZƏİFLİYİ


Statistikaya əsasən 34% işçilər səbəbi belə izah etmişlər: “Sadəcə olaraq mən bunu unuduram”.

 Bu arqumentə arxayın olmamışdan əvvəl FQV-nin uyğun və rahat olmasını yoxlamaq zəruridir.

 

Belə hallar aşkarlandıqda istehsalat rəhbərliyindən sərt addımlar atılmalı, habelə bu cür işçilərə qarşı intizam sanksiyaları tətbiq olunmalı, hətta FQV-dən daim istifadə etmədiyinə görə tutduğu vəzifədən dərhal azad olunması kimi tədbirlər görülməlidir. Rəhbərliyin bu addımları digərləri üçün örnək olacaqdır.