Vostok Protection Gyanjlik Dükanı: XÜSUSİ GEYİM, AYAQQABI, FƏRDİ QORUNMA VASİTƏLƏRİ, Dəri və əllərin qorunması
Ünvan - Gyanjlik Dükanı: 42D, Fataly Khan Khoyskiy av. AZ1072 Baku, Azerbaijan, Tel:+994125643353, Faks:+994125640353, E-mail: shopxoyski(at)vostok.az

KORPORATİV STANDART

Daxili korporativ standartlar

 

 

 

Hal-hazırda mövcud olan işçilərə tutduqları vəzifə və peşələrinə uyğun olaraq “xüsusi geyim, ayaqqabı və FQV çeşidinin pulsuz verilməsi” FQV bazarında çeşidlərin sayını artırır. Bu halda bir sual meydana çıxır: Bəs hansı FQV –nə üstünlük verilməlidir?“VOSTOK PROTECTION”, Azərbaycanın FQV bazarında əməyin mühafizəsi sahəsində mövcud olan bir mütəxəssis kimi, öz müştərilərinə daxili korporativ standartların yaradılması məqsədilə, işçi əməyinin mühafizə xidmətinin təşkili və maddi-texniki təminatının vahid meyarlarını təklif etmişdir.

 


Korporotiv standart - müəssisə ilə yaxından tanış olduqdan sonra, istehsal məqsədləri, sənaye təhlükəsizliyi və mühafizə vasitələrini, insan sağlamlığı və ekoloji meyarları özündə əks etdirən sənəddir. Korporotiv standartın özəlliyi onun konkret ixtisaslaşmış sahəyə FQV-nin DÜST, TŞ (texniki şərtlər), həmçinin EN (Avropa) normalarına uyğun olaraq müəssisəyə verilməsidir.

 

 Əgər “ənənəvi sənaye normaları” “Nə?”, “Nə üçün?” suallarını cavablandırırsa, Korporotiv Standart  “Necə?” sualını cavablandırır. Bu bütün qorunma vasitələrinin hazırlanmasına – geyim, ayaqqabı, yüksəklikdən yıxılmadan mühafizə və s. aiddir. Bu standart aşağıdakı məlumatları özündə əks etdirir:

 

 

 

  • - FQV konstruksiyasına dair olan tələblər
  • - Hər bir FQV çeşidinə dair təsdiq olunmuş normalar
  • - Istehsalçılar haqqında məlumat
  • - FQV ilə görülən işlərin siyahısı
  • - FQV-lərinin yenilənmə şərtləri və effektiv istifadə qaydalarına dair məsləhətlər.

 

 

 

Hal-hazırda Azərbaycanın xüsusi geyim və FQV bazarında həm yerli, həm də xarici istehsalçıların nümayəndəlikləri fəaliyyət göstərir. Daim “VOSTOK PROTECTION” bu istehsal müəssisələri ilə sıx əlaqədədir və korporativ standartların düzgün seçimində müştərilərindən öz köməyini əsirgəmir.